Ağdam bölgəsinin yetirməsi, Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından olan Allahverdi Teymur oğlu Bağırov. Allahverdi bəy qardaşı Eldarla birgə "Qarabağ" futbol komandasının heyətində çıxış edib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar 1991-ci ilin oktyabr ayında Tabor yaratdı və şəhid olduğu ana kimi ona rəhbərlik etdi. Həmin Taborun şəxsi heyəti bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edib. A.Bağırovun rəhbərlik etdiyi Taborun (hərbi hissə də yazmaq olar) şəxsi heyəti Xocalı soyqırımının ağır nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Məhz A.Bağırovun və bütövlükdə Ağdam əhalisinin, orda xidmət edən könüllülərin dəstəyi ilə çoxlu sayda meyidlərin daşınması, yaralıların və əl-ayaqlarını don vuranların xilası təşkil olunmuşdur.
A.Bağırov 1992-ci ilin iyun ayında şəhid olub. Dövlət Başçısının Fərmanı ilə A.T.Bağırov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ailəli idi. Məzarı Ağdam şəhərindədir. Ruhu şad, məkanı Cənnət olsun. Amin.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı, 02.12.2024.
Hiç yorum yok:
Yorum Gönder