Tanınmış jurnalist Ölkə Başcısına müraciət etdi.




Allah-Təala müstəqil Azərbaycanımızı qorusun.

Dəyərli dostlar, yəqin ki, çoxunuz bilirsiz, mən, 1988-ci il noyabrın 17-də başlanan Azərbaycan Milli Azadlıq hərəkatının fəallarındanam. I Vətən müharibəsində könüllü olaraq iştirak etmişəm. Eyni zamanda, jurnalist olaraq cəbhə bölgələrində fəaliyyət göstərmişəm. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, Şuşa və Laçın faciələri haqqında Azərbaycan mətbuatında ilk həqiqi məlumatı dərc etdirən jurnalistəm. Prezident İlham Əliyevin Sərəncamına əsasən jurnalistlər 2013 və 2017-ci illərdə mənzillə təmin ediləndə haqqım dəfələrlə tapdandı. Prezident Administrasiyasının müvafiq şöbəsində və Mətbuat Şurasında çalışan bəzi şərəfsizlər halal haqqı olmayanların mənzillə təminatını təşkil etdilər. Allahın iznilə bu gün onların çoxu tutduqları vəzifələrindən azad edilib və ya həbsdədilər(Vüqar Səfərli kimi). Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına, həmçinin, qeyrətli Vətən övladlarına müraciət edirəm: 2025-ci ilin avqust ayında mənim 60 yaşım tamam olur. Hələ də Bakı şəhərində hazır mənzillə təmin olunmamışam. Yəni çox ağır durumdayam. Xahiş edirəm, mənim bu Müraciətimin aidiyyəti orqanlara çatdırılmasına, Bakı şəhərində mənzillə təmin edilməyimə vəsilə olasınız. Allah-Təala müstəqil Azərbaycan Respublikasını, həmçinin, Prezident İlham Əliyevi və onun şəxsində qədirbilən insanlarımızı qorusun. Amin!

Hörmətlə,
Şamil Sabiroğlu(Ələkbərli),
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Bakı şəhəri, 16.XII.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages