Bakmiltv.info Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-in inzibati binasında növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.
Qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması məqsədilə təşkil olunmuş və artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.
Hiç yorum yok:
Yorum Gönder