Şəhidimizin Anım Günü qeyd edilib



Bu gün 26 dekabr Azərbaycanın Əfsanəvi Milli Qəhrəmanı Vəzir Orucov Surxay oğlunun cənnətdəki doğum günüdür. Hörmətlə anırıq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin.
Vətən sağ olsun!

Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu.[2] Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır.[ Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

AVMVİB-in Mətbuat xidməti

Elçin Qədirov

98778

Whats-App-Image-2024-12-27-at-00-17-45

Whats-App-Image-2024-12-27-at-00-17-45-2

Whats-App-Image-2024-12-27-at-00-17-46

Hiç yorum yok:

Yorum Gönder

Pages