Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri və kollektivi 44 günlük Vətən müharibəsi dövründə Şuşa şəhərinin azadlığı uğrunda şəhid olmuş Cumazadə Təbriz İldırım oğlunun ailəsini ziyarət etmişdir.
Ziyarət çərçivəsində Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı, II qrup əlil Şəmsəddin Böyükdüzün (Şəmsəddin Əliyev) müəllifi olduğu və şəhid Cumazadə Təbrizin əks olunduğu rəsm əsərini xatirə olaraq şəhidin ailəsinə təqdim etmişlər.
Allah rəhmət etsin!
Hiç yorum yok:
Yorum Gönder