Şəhid Osmanov Nəzir Rahib oğlunun 1 yanvar doğum günüdür



01.01.1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində sürücü vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 01.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 01.11.2020-ci il tarixdə Qax rayonunun Qıpçaq kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 29.12.2020 “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin, məkanı cənnət olsun! Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev 



Hiç yorum yok:

Yorum Gönder

Pages