Məhəmməd Alqayev Balakən rayonunun Gərəkli kəndində yaşayır.Milliyətcə avardır. Onun ömür-gün yoldaşı Kifayət xanım isə Oğuz türküdür (azərbaycanlı). Məhəmməd bəy və Kifayət xanımın cəmi 2 övladları vardı:Harun(1992) və Ceyhun(1995). Harun Alqayev General C.Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Öncə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində, daha sonra isə Xüsusi Təyinatlı Qüvvəərdə Qrup Rəhbəri olaraq xidmət edib. Hər iki qardaş II Vətən savaşında iştirak edib. Baş leytenant H.Alqayev 2020-ci il oktyabrın 10-da Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən savaşda şəhid olub.Ceyhun isə təsadüf nəticəsində sağ qalıb. H.Alqayev Balakən şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən H.Alqayev "Azərbaycan bayrağı" ordeninə və daha 8 medala layiq görülüb. Harun bəy subay idi. Ceyhun isə ailəlidir.2023-cü ildə onun yeni doğulan oğluna Harunun adı verilib(torpağının sanı yaşasın. Amin).
Harun və Ceyhun bəyi böyüdən, tərbiyə verən valideynlərin qarşısında baş əyirik.
Şamil Sabiroğlu, jurnalist.
17.XII.2024.
Hiç yorum yok:
Yorum Gönder