1992- ci illin dekabr ayının 16-da ilk saylı işıq üzü görən Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların “Əsgər” qəzetinin yaradılmasından 32 il ötür.
”Əsgər qəzeti səngərlərdə yaylan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır.
Dünyada hər bir dəyərdən üstün bir dəyər var.Bu qədim mütərəqqi adət- ənənələrə ..söykənən milli dəyərdir...Bu baxımdan Xalqımızın maddi - mənəvi mili dəyərləri sırasında onun tarix boyu həyat yolunu, yaşam tərzini, dövlətçilik ənənələrini və qəhrəmanlıq salnamələrini, estetik dünya görüşünü özündə əks etdirən milli mətbuatın xüsusi yeri və rolü var. Müstəqiliyimizin yenicə əldə edildiyi bir vaxtda, mənfur düşmən qüvvələrlə- ermənistan və havadarlar ilə müharibə zamanı əsgərlərimizin döyüş salnaməsini, qəhrəmanlıq tarixini, ən başlıcası, müstəqil dövlət quruqçuluğumuzu geniş oxucu auditoriyasına çatdırmaq üçün əsgər tək döyüşkən bir mətbu orqanın, "Əsgər" qəzetinin nəşr tarixi bir zərurət kimi meydana çıxmışdır. 16 dekabr 1992 -ci il tarixdə, hörmətli mərhum şairiniz Vaqif Səmədoğlunun və başqa ziyalılarmızın xeyir- duası və tövsiyəsizlə DİN - in Daxili Qoşunların mətbu orqanı "Əsgər" qəzeti işıq üzü görmüşdür.Bununla da redaksiyanın yaradıcı jurnalist heyəti Abbasquliyeva Fatma, əməkdar jurnalist Məmmədova Təranə (məhrum) və Əli qızı Roza xanımların, Rzayev Rəfail (məhrum), Abbasov Eldəniz, Mərdan Hüseynili, Məhərrəmov Vahid, Babayev Ilham, Sarıyev Rəşad və Abbasov Yalçın Abdullayev Bəxtiyar (məhrum) adlı yaradıcı jurnalist heyəti tərəfindən yeni müstəqil dövlətimizin hərbi jurnalistikasının əsası qoyulmuşdur. Bu gün "Əsgər" qəzetinin xilaskar, qalib orduquruculuğu sahəsində xalqımıza bəxş etdiyi uğurlar və töhfələrlə qürur duymaq bütün əməkdaşlar ilə yanaşı, şərəfli xidmət, möhtəşəm qələbə yolu keçən Daxili Qoşunların hər bir hərbi qulluqçusunun mənəvi haqqıdır. Yarandığı gündən bu günədək Vətənin keşiyində müsəlləh əsgər tək dayanan "Əsgər “qəzetinin bütün sabiq və hazırkı kollektivini qəzetin 32 illik il dönümü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni -yeni yaradıcılıq uğurları, əbədiyaşar qələbə sevinci arzulayırıq.
Dərin fəxarət hissi ilə:
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharbə Veteranı, peşəkar hərbiçi və hüquqşünas polkovnik Salaman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nərmanov rayon şöbəsinin üzvü, peşəkar hərbi jurnalist, bir necə kitabın, publisistik məqalələrin və şerlərin müəllifi, “Qızıl qələm mükafatı laureatı istefada olan mayor Mərdan Hüseynli.
Hiç yorum yok:
Yorum Gönder