Həbib Eləkbər oğlu İsmayılov Naxçıvanda anadan olub. Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib (GİTİS, 1931). Daha sonra teatrşünaslıq üzrə aspiranturadan məzun olub (GİTİS, 1954). Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943). 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilib. Bakı Konservatoriyasında və Teatr Texnikumunda aktyor işi üzrə pedaqoji fəaliyyətlə məşğul olub (1940-1941). 1943-cü ildən kinoda fəaliyyət göstərib. 1943-cü ildə Bakı kinostudiyasında kinoxronika şöbəsinin rəisi təyin edilib. Bir müddət „Mosfilm“də rejissor təcrübəsi keçib (1949-1950, Moskva). 1946-cı ildən həm də dublyaj rejissoru kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi (1960) Həbib İsmayılov 1966-cı ildə vəfat edib.
Filmoqrafiya:
Cəfər Cabbarlı (1944, qısametrajlı sənədli film) - rejissor
SSRİ-nin himni (1944, qısametrajlı sənədli film) – rejissor
Sovet Naxçıvanı – Şərqin qapısı (1948, qısametrajlı sənədli film) – rejissor
Torpaq və onun münbitliyi (1952, qısametrajlı sənədli film) – rejissor
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (1955, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Ögey ana (1958, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Böyük dayaq (1962, tammetrajlı bədii film) – rejissor
Allah rəhmət eləsin
Hiç yorum yok:
Yorum Gönder