Ərdoğan Suriyadakı vəziyyətdən danışıb



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Ankaranın Suriyada siyasi nizamlanmaya zəmin yaratmaq istədiyini bildirib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Kommunikasiya Departamentinin bəyanatında deyilir.

...Prezident Ərdoğan Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası zamanı BMT-nin baş katibi Quterreşlə telefon danışığı olub.

Regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Suriya münaqişəsinin yeni mərhələyə keçdiyini və Türkiyənin ən böyük arzusunun Suriyada qeyri-sabitliyin və mülki itkilərin olmaması olduğunu bildirib.

O qeyd edib ki, Suriya rejimi hərtərəfli siyasi həllə nail olmaq üçün dərhal öz xalqı ilə dialoq qurmalıdır. Prezident Ərdoğan Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq və siyasi prosesə yol açmaq əzmində olduğunu bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages