"Əsgər Qəzetinin yaradılmasından düz 32 il ötür




1992-ci ilin qanlı qadalı günlərindən biri idi.Daxili İşlər Nazirliyinin Daxili  Qoşunların Baş İdarəsinin koridoru ilə öz iş otağıma gedirdim,birden komandan F.Hacıyev məni görən kimi ciddi halda səsini ucaltdı"-Cənab leytenant sən bu qəzetin materiallarını hazırlamısanmı?...mən bəli komandan yazıları yazıb göndərmişəm.

Komandan biraz da səsini ucaltdı"sən hanzı qəzetdən danışırsan?'məndə cavab verdim ki "Ordu"qəzetindən...

Komandan rəsmi halda qaşlarını yığıb ,"mən "Əsgər" qəzetindən danışıram deyerkən,mən də təəccüblə "o hansı qəzetdi,kimin qəzetidi"dedim...komandan bizim qəzetimizdi dedi,sən hazırlayacaqsan...

Beləliklə komandan daha sonra məni otağına çağırıb bir daha xatırlatdı ve get nizamnaməni hazırla ,mətbuat komitəsinə apar və qeydiyatdan keçir dedi...

...Mən nizamnaməni hazırlayıb,mətbuat komutəsinə getdim.Sabir Rüstəmxanlıyla görüşdüm Daxili Qoşunların"Əsgər" qəzetinin nizamnaməsini gətirmişəm qeydiyyatdan keçirmək üçün.

Sabir Rüstəmxanlı nizamnaməyə baxıb gülümsədi,sevincək halda ayağa qalxıb alnımdan öpərək xeyir dua verdi....

Beləliklə "Əsgər"qəzetinin nizamnaməsi qeydiyyatdan keçdikdən sonra,mən başladım onun adını latın hərifləri ilə başlıq yazmağa,yazırdım,pozurdum, birdə yazırdım...

Sonra bizim bir  hərbi quluqcumuz var idi Merdan Hüseyn,onu çağırıb dedim,Mərdan rəssamlıq qabiliyyəti olduğunu bilirəm.Gəl sən "Əsgər"qəzetinin adını,başlığını yaz...və Merdan Hüseyn  yaratdı sanki,başlığı o qədər gözəl yazdı ki...

Mən Daxili Qoşunlarda "ictimaiyətlə əlaqə şöbəsində rəis köməkçisi"vəzifəsində zabit kimi xidmət edirdimsə,bundan sonra xidməti vəzifəm dəyişilərək"Əsgər"qəzetinə hərbi jurnalist kimi təyin edildim...bir müddət sonra isə bi sürü olaylar oldu,yenə dəyişildim,"Mənim doğma "Əsgərim"Fatma xanıma,sonra isə Təranə xanıma həvalə edildi...

Çox insanların əməyi var "Əsgər"qəzetinin işıq üzü görməsində ...və mən bu gün əməyi olan hər kəsi təbrik edirəm,o cümlədən özümü,axı  1992-ci ildə ilk "Hərbi qəzet olan"Əsgər" mənim iki gözüm  idisə,sonradan 1994-cü ildə yaratdığım"Hünər"qəzetim isə ürəyim oldu.

Hər iki qəzetin səhifələrini bəzəyən səngərlər və səngərlərdə gecə- gündüz keşik çəkən əsgər və zabitlərimiz idi...

İndi o günlərdən düz 32 il ötür,

Şərəfli bir yol!

Daxili İşlər Nazirliyi Daxili Qoşunların bütün kollektivini, o cümlədən "Əsgər" qəzetinin kollektivini ürəkdən təbrik edirəm,ən səmimi arzularımı bildirirəm

Roza Əliqızı

DİN DQBİ-NİN Ehtiyatda olan zabiti,1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı




Hiç yorum yok:

Yorum Gönder

Pages