Qəzadan sonra Bakı aeroportunda yolka söküldü - Video



Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Bakmiltv.info xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olduğunu açıqlayıb.

Hadisədən sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılmış yolkanın söküldüyü bildirilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages