Qəhrəmanlar Unudulmur - Milli Qəhrəman Salatın Əsgərova



Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbi əla qiymətlərə başa vurub. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub.

İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlib. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib.

Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlandırılıb. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages