Daxili İşlər Nazirliyinin (DİN-in) İslah- Əmək Müəssisələrinin və Daxili Qoşunlarının həyatında öz dəst- xətti olmuş, yüksək peşəkarlığı, humanistliyi,dərin zəkası, gözəl nitq qabiliyyəti, səmərəli fəaliyyəti,iradi, xeyirxahlığı, sadəliyi, səmimiyyəti, təmkinliyi, dəqiqliyi, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətləri ilə secilən, Azərbaycan Respublikasının müharibə veteranı olmuş polkovnik Sabir Aşurov əgər yaşasaydı dekabr ayının 17-də 69 yaşı tamam olacaqdı.
Qeyd edək ki, polkovnik Aşurov Sabir Məcid oğlu 1955-ci ilin dekabr ayının 17-də Gürcüstan Respubilkasının Bolnis rayonunun Faxralı kəndində zəhmətkeş bir ailədə anadan olmuş, 2020 - ci ilin iyul ayının 18 -də isə Bakı şəhərinin Xətai rayonunda 64 yaşında vəfat etmişdir.
Sabir Aşurov 1974 -cü ildə Gürcüstan Respubilkasının Bolnisi rayonunun Faxralı kənd orta məktəbini,1978 -ci ildə isə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1975- 1977 -ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1983-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Gürcüstan Respubilkasının Saqaredjo rayonunda və Rustavi şəhərində yerləşən islah- əmək müəsissələrində dəstə rəisi vəzifələrində işləmişdir.
1992- 2007-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Kadırlar və İşlər idarələrinin rəisi, Daxili Qoşunların Qaradağ rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin döyüş hazırlığı üzrə müavini,Daxili Qoşunların Baş İdarəsininn doyüş hazırlığı idarəsində baş zabit, beynalxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit və həmin şöbənin rəisi vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədəqətlə xidmət etmişdir.
2000- 2006-cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Beynəlxalq şöbəsinin rəisi vəzifələrində çalışan Sabir Aşırov daşıdığı vəzifənin spesifikasına uyğun olaraq xidməti işlə əlaqadər bir sıra xariçi ölkələrdə ( Türkiyə, ABŞ, Ruminya və.s) ezamiyyətdə olaraq respublikamızı ləyaqətlə təmsil etmişdir.2005-ci ilin may ayında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa və Aralıq dəniz ölkələrinin (Fransa, İtaliya, İspaniya, Niderland, Portuqaliya, Türkiyə) Jandarma təşkilatlarınının Beynəlxalq konfranslarında iştirak etmişdir. Türkiyə və İspaniya Jandarm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və bu əlaqənin inkişaf etdirilməsində xüsusi fəallığı ilə secilmişdir.
1992-1994- cü illərdə Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yerinə Azərbaycan Respublikasının müharibə veteranı idi.
Polkovnik Sabir Aşurovun fədakar xidməti diqqətdən kənarda qalmamışdır. O, Daxili İşlər Orqanlarda və Daxili Qoşunlarda calışdığı müddət ərzində öz xidməti, ictimai vəzifələrini və hərbi hissə (İslah-əmək müəssisələri) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, döyüş hazırlığı İdarə rəisinin, hərbi hissə komandirinin, islah -əmək müəsissə rəislərinin müvafiq əmirləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə və pul mükafatı ilə mükafatlandırlmış, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1.”Qüsursuz xidmətə görə” 1 cı dərəcəli medal ilə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə;
4.”Azərbaycan Respublikasının 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
Heyif ki, biz 2018- cı ilin iyun ayının 18-də polkovnik Sabir Aşurovu 64 yaşında itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət etsin, ruhun şad olsun, əziz eloğlumuz!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder