Polkovnik- leytenat Yavər Orucov əgər yaşasaydı 12 dekabr 58 yaşı olacaqdı



   

 Daxili  İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının həyatında  öz dəst-xətti olmuş, Azərbaycan Respublikasının Müharibə Veteranı - istefada olmuş polkovnik- leytenant  Orucov Yavər Sultan oğlu əgər  yaşasaydı dekabr  ayının 20- də 58  yaşını qeyd edəcəkdir. Heyifki,  Şəmsi Həsənov dekabr ayının 10-da  saat 22.00 radələrində Bakı şəhərində 57 yaşında vaxtsız vəfat etdi. 2024-cü ilin dekabr ayının 11- də Abşeron rayonun Mehdiabad qəsəbə qəbiristanlığında torpağa tapşırıldı 


 Qeyd edək ki, polkovnik leytenant Orucov Yavər Sultan  oğlu  20 dekabr 1966- ci ildə   Zəngəzur mahalının Qafan rayonun Aşağı  Gödəkli kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdır 


 Zəngəzur mahalının Aşağı Gödəkli  kənd orta məktəbini, Bakı şəhər Dəmir Yolu Texnikomunu,Müdafiə Nazirliyinin və Daxili Qoşunların zabitlərin təhkimləşdirmə kurslarını yüksək göstəricilərlə bitirmişdir.


 Yavər Orucov Din -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki  toplanışlar larda,xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

     

 Orucov Yavər Sultan oğlu 1985-1987-ci illərdə  Sovet Ordusunun  Zabaykal hərbi dairəsində müddətli  həqqi hərbi xidmətdə  olmuşdur. 


 1991- 2015 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağdam, Füzuli, Xətai, Quba və Xəzər rayonlarnda yerləşən  hərbi hissələrində   və ali hərbi məktəbdə minaatan taqım komandiri,  mina atan batareya komandiri,artilleriya xidməti rəisi, silah xidməti rəisi, baş müəllim, Din-in Daxili  Qoşunların Bas İdarəsinin maddi - texniki təminat idarəsində isə silahlandırma xidmətinin rəis müavini vəzifələrin də Vətənə və xalqa sədaqətlə etməşdir.

    

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, əmir və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində bir cox  hərbi qulluqçular üçün nümünə olmuşdur. 

   

 Polkovnik- leytenant Yavər Orucov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. 


  Polkovnik -leytenant Yavər Orucov işlədiyi və oxuduğu   təhsil müəssisələində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

 Peşəkarlığı,sadəliyi,iradi, mənəvi keyfiyyəti və  humanistliyi ilə seçilən,  polkovnik -leytenat Yavər Orucov ömrünün  ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək, Azərbay canın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak etmişdir.


 Polkovnik- leytenat Yavər Orucov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istər sədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


 Qanunverciliklə müəyyən olunmuş qaydada  DİN-in Daxili Qoşunlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçrilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliy in təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasın da, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     

Hərbi  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri    göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəm ləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar   Komandanın və onun müavinlərinin,  Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və xidmət rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox   fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırlmış və ona təşəkkür elan edilmişdir.


 Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə   döyüş və xüsusi əməliyyatlarda, döyuş xidmətində və döyüş növbəsində xüsusi  fəriqləndiyi nə görə aşağıdakı medallarla təltif olumuşdur :

 

1."Qüsrsuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı  Qüv vələrdə  20 təqvim ili xidmətə görə;


2.”Qüsursuz  xidmətə  görə” 2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;



3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10-illiyi (1991-2001)” yubiley medalı ilə;


5.”Azərbaycan Respubilkası Silahlı  Qüvvələrinin 90- illyi (1918-2008)” yubiley medalı ilə;


6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-iliyi  (1918-2013)” yubley medallı ilə. 


Azərbaycan Respu blikası Prezıdentının  30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamına əsasən  Orucov  Yavər Sultan oğlu Azərbaycan Respub likasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayət karlığa,terrorçüluğa  və diğər  cinayətlərə qarşı mübarizədə,    qanunsuz  silahlı dəstələrin 

zərərsizləşdirilməsində xüsüsi ilə fəriqləndiyinə  görə  "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.


 Yavər Orucovun  xatirəsi onu tanıyanların, sevənlərin qəlbində daimi  yaşayacaq, yeri həmişə görünəcək, sağ ikən qazandığı rəğbətlə yad ediləcəkdir.


ALLAH ŞƏMSİYƏ QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN, ALLAH   SƏBR VERSİN. AMİN!



Azərbaycan Respu bilkasının Silahlı Qüvvələr və   Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages