Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olmuş, Azərbaycan Respublikasının Müharibə Veteranı
Istefada olmuş polkovnik- leytenant Orucov Yavər Sultan oğlu dekabr ayının 10-da saat 22. 00 radələrində vəfat edib. Məhrumun cənazəsi dekabr ayının 11 -də yaşadığı evdən ( Sabunçu rayonun Nardaran qəsəbəsindən) götürülərək Abşeron rayonun Mehdiabad qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Komandanlığı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi (hərbi vəzifəliləri) polkovnik- leytenant Yavər Orucovun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə doğmalarına və yaxınlarına başsağlığı verir.
Qeyd edək ki, polkovnik leytenant Orucov Yavər Sultan oğlu 20 dekabr 1966- ci ildə Zəngəzur mahalının Qafan rayonun Aşağı Gödəkli kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdır
Zəngəzur mahalının Aşağı Gödəkli kənd orta məktəbini, Bakı şəhər Dəmir Yolu Texnikomunu,Müdafiə Nazirliyinin və Daxili Qoşunların zabitlərin təhkimləşdirmə kurslarını yüksək göstəricilərlə bitirmişdir.
Yavər Orucov Din -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlar larda,xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Orucov Yavər Sultan oğlu 1985-1987-ci illərdə Sovet Ordusunun Zabaykal hərbi dairəsində müddətli həqqi hərbi xidmətdə olmuşdur.
1991- 2015 - ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ağdam, Füzuli, Xətai, Quba və Xəzər rayonlarn da yerləşən hərbi hissələrində və ali hərbi məktəbdə minaatan taqım komandiri, mina atan batareya komandiri,artilleriya xidməti rəisi, silah xidməti rəisi, baş müəllim, Din-in Daxili Qoşunların Bas İdarəsinin Maddi - texniki təminat idarəsində isə Silahlandırma xidmətinin rəis müavini vəzifələrin də Vətənə və xalqa sədaqətlə etməşdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçular üçün nümünə olmuşdur.
Polkovnik- leytenant Yavər Orucov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Yavər Orucov işlədiyi və oxuduğu təhsil müəssisələin də,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Peşəkarlığı,sadəliyi,iradi, mənəvi keyfiyyəti və humanistliyi ilə seçilən, polkovnik -leytenat Yavər Orucov ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək, Azərbay canın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
Polkovnik- leytenat Yavər Orucov Daxili işlər nazirliyi Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istər sədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçrilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliy in təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasın da, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəm ləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və xidmət rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırlmış və ona təşəkkür elan edilmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyuş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyi nə görə aşağıdakı medallarla təltif olumuşdur :
1."Qüsrsuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüv vələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə”2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə”3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90- illyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-iliyi (1918-2013)” yubley medallı ilə.
Azərbaycan Respu blikası Prezıdentının 30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamına əsasən Orucov Yavər Sultan oğlu Azərbaycan Respub likasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayət karlığa,terrorçüluğa və diğər cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin
zərərsizləşdirilməsində xüsüsi ilə fəriqləndiyinə görə "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN!
Azərbaycan Respu bilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder