Bir gün dünyaya gələn insan,bir gündə onu tərk edir.İki gün arasındqkı ömür payında onun gördüyü işlər əməllər, dediyi sözlər, düşündüyü fikirlər hadisələr, insanların xatirəsində qalır.Elə insanda vardır kı,onun haqqlnda xatirələr insanların qəlbinə təsir edir və göz yaşına səbəb olur. Belə insanladan biridə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların eləcə də Daxili işlər orqanların həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, səmərəli fəaliyyəti, xeyirxahlığı və səmimiyyəti ilə seçilən, DİN-in Daxili Qoşunların Ağdam, Füzuli, Qaradağ Nərmanov və Xəzər rayonlarında yerləşən hərbi hissələrində, (hərbi hospitalında), təlim- tədris mərkəzində, və Orta ixisas hərbi məktəbdə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, tərbiyə bölməsinin rəisi-baş təlimatcı, Orta ixtisas hərbi məktəb rəisinin tərbiyəvi işləri üzrə müavini vəzifələrində millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respubilkasının Müharibə veteranı olmuş – polkovnik leytenat Məlikov Şaiq Şükür oğlu idi.
Təbiətcə cox sakit, təmkinli, işgüzar, qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə, torpağına, xalqına bağlı gözəl insan və yaxşı ailə başçısı- polkovnik leytenat Məlikov Şaiq Şükür oğlu 1961 - cı ilin aprel ayının 8-də Zərdab rayonunda zəhmətkeş ailədə anadan olmuşdur.Məhrum Şaiq Məlkovun qardaşı ( 2. 10.1967 -ci ildə Zərdab rayonunda anadan olmuş) - ehtiyatda olan polis polkovnik leytenatı Məlikov Hikmət Şükür oğluda Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə Vətənə və xalqa ləyaqətlə xidmət etmişdir.
Əhətəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, dostlarına, yaxınlarına hər zaman isti münasbətdə olmuş Şaiq Malikov Zərdab rayon orta məktəbini, Bakı Dövlət Univeristetini,Azərbaycann Respubilkası Silahlı Qürələrinin Qaraheybətdə yerləşən zabitlərin ixtisasartırma kursunu bitrmişdir.
Zəhmətkeş,cəratətli,sədaqətli,böyük və kicik yerini bilən,öz işini dərindən bilən və sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən,əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Şaiq Şükür oğlu Məlikov Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində öz ta eliyində olanlar və bir cox hərbi qulluqcular ücün daimi nümnə olmuşdur.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili i ilə hərkəslə doğmalıq yaradan Məlikov Şaiq Şükür oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin, hərbi təchizat anbarların,hərbi yeklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərıəşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər zamanı və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir.
Polkovnik leytenat Məlikov Şaiq Şükür oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda, Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə olnmuş vəzifə və tapşırıqları layıqincə yerinə yetirmiş və ağır yaralanmışdır.
Öz xidmət vəzifələrinin nümnəvi yerinə yetirilməsində fəriqləndiyinə və xidmətdə əldə etdiyi yüksək nətiçələrə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, məktəb rəisinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, diplomlarla, qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırılmış, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olumuşdur :
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə,döyüş zamanı igidlik göstərdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə” polkovnik leytenat Məlikov Şaiq Şükür oğlu, Azərbaycan Respubilkası Prezidentinin ( 9 mart 2007 -ci il tarixli, 2019 nömrəli ) sərəncamı ilə
” Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Polkovnim leytenat Məlikov Şaiq Şükür oğlu 2018 -ci ilin dekabr ayının 7-də Xətai rayonunda vəfat edib və Bakı şəhərində dəfin edilib.
Səmimi, insanpərvər və zəhmətkeş insan Şaiq Şükür oğlu Məlikovun əziz ruhu hər zaman onu tanıyanların, sevənlərin yadaşında hafizəsində yaşayacaq, onun əziz xatirəsi doğmalarının, yaxınlarının, iş və döyüşcü yoldaşlarının, dostlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləcək. Belə vicdanlı oğuları ilə tanınır Vətən!
ALLAH RƏHMƏT ELƏSİN,
MƏKANI CƏNNƏT OLSUN!!!
QƏBRİ NURLA DOLSUN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder