Polkovnik-leytenat Azad Bağırzadə yaşasaydı 60 yaşı olacaqdı..




Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti  və xüsusi xidmətləri olmuş -polkovnik leytenat Azad Bağırzadə 11 ildən coxdur aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına  qovuşub.Təssiflər olsun ki,ömür vəfa etmədi, əgər yaşasaydı dekabr aynın  19 -da  60 yaşı  olacaqdı.


Ömrünün gününü  Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən 1992-2008-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrində bölük və tabor  komandiri,hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş Idarəsində isə avtomobil və zirehli texnika şöbəsində baş zabit və şöbə rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş, peşəkar hərbici  Bağırzadə Azad Pərviz oğlu idi.


Polkovnik-leytenat  Azad Pərviz oğlu Bağırzadə  1964-ci illin dekabr ayının 19-da zəhmətkeş ailədə anadan olmuşdur.1981  -ci ilə orta məktəbi, 1985 -ci ildə  isə  Samərqənd Ali hərbi   avtomobil   mühəndislər   məktəbini bitrmişdir.


1985-1991-ci illərdə Sovet Ordusunun  Gürcüstan Respubilkasının Axalkalaki rayonunda və Əfqanıstan Demokratik Reslubilkasında  yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışmışdır.


Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək  fəaliyyət göstəricilərinin əldə edilməsində Azad Bağırzadə  öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir. 


Bağırzadə Azad Pərviz  oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamələrin tələblərinin,  əmir və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabecliyində olanlara və  bir cox hərbi qulluqçulara  şəxsi nümunə olmuşdur.


Qanunverciliklə müəyyən olunmuş  qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində,  yaşayış məntəqələrində  və cəza-çəkmə müəsələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə  hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü (Ağdam,Ağdərə və Füzuli rayonları) uğrunda gedən döyüşlərdə hərbi hissəyə və avtomobil zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Əfqanıstan Demokratik Respubilkasının və Azərbaycan  Respubilkasının  müharibə veteranı  idi.


Azərbaycan Respublikası Prezidentinin 30  iyin 2002-ci  il tarixli müvafiq sərəncamı ilə Bağırzadə Azad Pərviz  oğlu Azərbaycan Respubilkasında  ictimai qaydanın  və ictimai təhlükəsizliyin  qorunmasında,mütəşəkkil cinayətkarlığa,terrorçuluğa və digər  təhlükəli cinayətlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələri zərərləşdirilməsində,xüsusi ilə fəriqləndiyinə,şücaət  və igidlik göstərdiyinə  görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. 


Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, SSRİ Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə rəisinin, dairə, diviziya  və hərbi hissə komandirinin,  müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanı ilə təltif olunmuş, bir cox, diplomlarla,  fəxri fərmanlarla, qiymətli  hədiyələrlə mükafatlandırılmış, ona təşəkkur elan edilmiş  və  aşağıdakı medallarla təltif olunmuşdur:


1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.."Qüsursuz  xidmətə görə" 2 -ci dərəcəli  medal-Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


3.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley  medalı ilə;


5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;


6.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi  (1918-1988)”  yubileyi medalı ilə;


7.”Əfqanıstan  Müharibə Veteranı İştirakcısı” medalı ilə;


8.”Beynəlmiləçi döyüşcü” medalı ilə.


Hal- hazırda  haqq dünyasında olan, polkovnik- leytenant Bağırzadə Azad Pərviz oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..


ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!


 

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və Müharibə  Veteranı polkovnik  Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages