Polkovnik- leytenat Aydın Adullayevin üc və adına mərasimi dekabr ayının 24 və 26 – da keçiriləcək

 

SSRİ Daxili İşlər Nazirliyi (Din-in) İslah -Əmək Müəssisələri İdarəsinin və Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi     Daxili Qoşunlarının həyatında    öz dəst -xətti  və xüsusi xidmətləri olmuş,   peşəkarlığı, işgüzarlığı, iradı və mənəvi  keyfiyyətləri ilə secilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və  Müharibə Veteranı olmuş-istefada  olmuş polkovnik- leytenat Abdullayev Aydın  Ramazan   oğlunun  üc  mərasimi dekabr ayının 24 -də, adına mərasimi isə  dekabr  ayının 26 -da Azərbaycan Respublikasının Zakatala rayonunun Yuxarı Tala kəndində keçiriləcək.Mərasim saat 12.00-dan başlayaraq, saat 17.00 kimi davam edəcək. Qeyd edək ki, istefada olmuş -polkovnik-leytenat Abdullayev Aydın Ramazan oğlu 

 dekabr ayının  21- də Bakı  şəhərində qəflətən dünyasını dəyişib. 22 dekabr 2024-cü il tarixində  Zakatala rayonunun Yuxarı  Tala kəndində torpağa tapşırılıb.


Xatırladaq ki, polkovnik -leytenat Abdullayev Aydın Ramazan    oğlu  10 fevral 1956- Cı  ildə Zaqatala rayonunun Yuxarı  (Birinci) Tala kəndində zəhmətkeş ailədə  anadan olmuşdur.

  1974-ci ildə Zaqatala rayonun Yuxarı ( 1-ci)  Tala kənd  orta məktəbi,1981-ci ildə  SSRİ     Daxili İşlər    Nazirliyinin Kazaxsatan Respublikasının  Çimkənd şərərində yerləşən polis ali  məktəbini bitirmişdir O, DİN-in Daxili  Qoşunlarında xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

1974-  1976  -cü illərdə  SSRİ Daxili İşlər Nazirliyinin Özbəkistan Respublikasının  Semerkant  şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1976  - 1991-ci illərdə  SSRİ Daxili İşlər Nazirliyinin  Kazaxstan və Özbəkistan Respublikalarında yerləşən    İslah-  Əmək Müəssisələrinin birində, və  ali   məktəbində, müdavim,    əməliyyatçı və baş əməliyyatçı    vəzifələrində  çalışmışdır.

  1992- 2003 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Zaqatala, Füzuli rayonlarında və  Sumqayıt şəhərində  yerləşən hərbi hissələrində  hərbi hissə komandirinin  maddi - texniki  təminat üzrə müavini,  Daxili Qoşunların  Baş İdarəsinin  maddi -texniki təminat idarəsinin geyim xidmətində  isə baş  zabit vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

   Aydın Ramazan  oğlu Abdullayev  SSRİ Daxili İşlər Nazirliyinin  müvafiq strukturlarında və Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi  və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi  işində   bir cox  hərbi qulluqçular üçün  şəxsi  nümünə     olmuş və    onları  fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmiş qaydada şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində    ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,,  yaşayış məntəqələrində, kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, hərbi təchizat anbarların  və hərbi yüklərin  mühafizə olunmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlalətıər və başq fövqaladə hallar, habelə fövqəladə  vəziyyət  və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində   üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

  Öz  xidməti (ictimai) vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət. Keçdiyi dövrdə  digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İslah əmək müəsissə  və idarə rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif edilib, bir cox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Öz xidməti vəzifə borclarının yerinə yetirilməsində, döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə , xüsusi əməliyyatlarda,  döyüş növbəsində, xüsusi fəriqləndiyinə,   şücayət və fədakarlıq göstərdiyinə görə SSRi Ali Soveti və  Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq    əmrləri   ilə  bir sıra medallarla təltif edilmişdir.

Bir daha  Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının Komandanlığı, Daxil Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi (hərbi vəzifəliləri) Aydın Abdullayevin vəfatından kədərlənir, məhrumun ailəsinə dərin hüznlə başsağlığı verir.


Allah rəhmət eləsin !


Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik  Salman  Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages