Polkovnik- leytenat Aydın Abdullayevin vəfatı ilə bağlı başsağlığı .



SSRİ Daxili İşlər Nazirliyi (Din-in) İslah -əmək müəssisələri idarəsinin və Azərbaycan Respubilkası Daxili işlər nazirliyi     Daxili Qoşunlarının həyatında    öz dəst -xətti  və xüsusi xidmətləri olmuş,   peşəkarlığı, işgüzarlığı, iradı və mənəvi  keyfiyyətləri ilə secilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və  Müharibə Veteranı olmuş-istefada  olmuş polkovnik- leytenat Abdullayev Aydın  Ramazan   oğlu  dekabr ayının  21- də Bakı  şəhərində qəflətən dünyasını dəyişib. 22 dekabr 2024-cü il tarixində  Zakatala rayonunun Yuxarı  Tala kəndində torpağa tapşırılacaq.


    Qeyd edək ki, polkovnik -leytenat Abdullayev Aydın Ramazan    oğlu  10 fevral 1956- Cı  ildə Zaqatala rayonunun Yuxarı  (Birinci) Tala kəndində zəhmətkeş ailədə  anadan olmuşdur.

     1974-ci ildə Zaqatala rayonun Yuxarı ( 1-ci)  Tala kənd  orta məktəbi,1981-ci ildə  SSRİ     Daxili İşlər    Nazirliyinin Kazaxsatan Respublikasının  Çimkənd şərərində yerləşən polis ali  məktəbini bitirmişdir O, DİN-in Daxili  Qoşunlarında xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında, hərbi xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1974-  1976  -cü illərdə  SSRİ Daxili İşlər Nazirliyinin Özbəkistan respublikasının  Semerkant  şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1976  - 1991-ci illərdə  SSRİ Daxili İşlər Nazirliyinin  Kazaxstan və Özbəkistan Respublikalarında yerləşən    İslah-  Əmək müəssisələrin birində, və  ali   məktəbində, müdavim,    əməliyyatçı və baş əməliyyatçı    vəzifələrində  çalışmışdır.

    1992- 2003 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Zaqatala, Füzuli rayonlarında və  Sumqayıt şəhərində  yerləşən hərbi hissələrində  hərbi hissə komandiri nin  maddi - texniki  təminat üzrə müavini,  Daxili Qoşunların  Baş İdarəsinin  maddi -texniki təminat idarəsinin geyim xidmətində  isə  zabit vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

    Aydın Abdullayev  SSRİ Daxili işlər nazirliyinin  müvafiq strukturlarında və Azərbaycan Respubilkası Daxili oşlər nazirliyi   Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi  və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi  işində   bir cox  hərbi qulluqçulara şəxsi  nümünə     olmuş və    onları  fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmiş qaydada şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində    ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,,  yaşayış məntəqələrində, kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, hərbi təchizat anbarların  və hərbi yüklərin  mühafizə olunmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlalətıər və başq fövqaladə hallar, habelə fövqəladə  vəziyyət  və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində   üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

  Öz  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə  digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İslah əmək müəsissə  və idarə rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif edilib, bir cox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Öz xidməti vəzifə borclarının yerinə yetirilməsində, döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə , xüsusi əməliyyatlarda,  döyüş növbəsində, xüsusi fəriqləndiyinə,   şücayət və fədakarlıq göstərdiyinə görə SSRi Ali Soveti və  Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq    əmrləri   ilə  bir sıra medallarla təltif edilmişdir.

Daxili Qoşunların Komandanlığı, Daxil Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi (hərbi vəzifəliləri) Aydın Abdullayevin vəfatından kədərlənir, məhrumun ailəsinə dərin hüznlə başsağlığı verir.


Allah rəhmət eləsin !


Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik  Salman  Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages