Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi,səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi, səmərəli fəaliyyəti, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında keçirmiş,ehtiyatda olmuş polkovnik- leytenant Məmmədov Maqsud Məstalı oğlunun vəfatından dekabr ayının 16 – da 1 (bir ) il ötür.
Qeyd edək ki, Məmmədov Maqsud Məstalı oğlu 10 yanvar 1970-ci ildə Zəngilan rayonunun Bürünlü kəndində dünyaya göz açmışdır.2023-cü ilin dekabr ayının 16 -da qəflətən Bakı şəhərində 53 yaşında vəfat etmişdir.
Maqsud Məmmədov 1988 -ci ildə Zəngilan rayonunun Bürünlü kənd orta məktəbi, 1994- cü ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Novosibirsk Ali Hərbi Komandanlıq məktəbini bitirmişdir. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənimizdə və xarici ölkələrdə müvafiq ixtisas artırılma kurslarında, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Maqsud Məmmədov 1988-1990 -ci illərdə SSRİ Din-in Nazirliyinin Daxili Qoşunların Özbəkistan Respublikasında yerləşən hərbi hissələrin birin də müddətli həqiqi hərbi xidmətdə olmuşdur
1994-2010-cu illərdə Din-in Daxili Qoşunlarının Füzuli, Binəqədi, Xəzər, Hacıqabul, Nərimanov rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrində taqım və böluk komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin birinci müavini - qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə döyüş hazırlığı şöbəsində baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
O, gənc vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə fərqlənmiş, əxlaqı tərbiyəsi ilə daima ətrafında olan həmyaşıdlarına nümunə olmuşdur. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə özünü nizam və intizamlı peşəkar hərbiçi kimi göstərmişdir.
Maqsud Məmmədov təhsil aldıgı təhsil müəssisələrində, eləcə də xidmət etdiyi hərbi hissələrdə kollektiv arasında həmişə müsbət tərəfdən seçilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanun- larına əməl etməsi, Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi - normativ aktların tələblərinin yerinə yetirilməsi işində öz tabecliyində olanlara daimi şəxsi nününə olmuşdur.
Polkovnik leytenant Maqsud Məmmədov Daxili Qoşunlarda xidmət etdiy illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Polkovnik-leytenant Maqsud Məmmədov Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirəİlməsində, şəhərdə, kütləvi tədbirlərin keçirilmə yerlərində və yaşayış məntəqələrində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Məmmədov Maqsud Məstalı oğlu Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində döyüş hazırlığı bölməsinin rəisi və hərbi hissə komandirinin müavinini-qərargah rəisi vəzifələrində xidmət etdiyi illər ərzində taborda və əlahəddə bölmələrdə keçiirlən, yekun (nəzarət) yoxlama, eləcədə kompleks və məqsədli qrupların rəhbəri (hərbi hissənin idman komitəsinin sədri, hərbi hissədə təhvil- təslim, mandat, attestasiya, buraxılış imtahan komissiyalarının üzvü və sədri) olduğu müddətdə üzərinə düşən vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən əla xidmətlərə görə əlacı və yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə təltif olunmuş, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir
Döyüş hazırlığındakı əla xidmətlərinə, təlimlərdə , döyüş növbəsində, döyüş xidmətində, xüsusi əməliyyatlarda fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 -iliyi və 90-iliyi yubiley medalları ilə.
Heyif ki, biz 2023-cü ilin dekabr ayının 16-da Maqsud Məmmədovu itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin,son məkanı cənnət olsun!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder