Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş -polkovnik leytenat Ədalət Qasımov 5 ildir aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub. Təssiflər olsun ki,ömür vəfa etmədi, 2019-cu ilin noyabr ayının 30-da Bakı şəhərində vəfatı etmiş,Xəzər rayonun Mərdakən qəsəbə qəbirsanlığında isə dəfn olunmuşdur.
Qeyd edək ki, ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən 1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Şirvan (Əlibayramlı), Ağdam, Füzuli, Nərimanov, Xəzər rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə avtomobil və zirehıi texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin avtomobil və zirehli texnika şöbəsində baş zabit və şöbə rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qeyd edək ki, Qasımov Ədalət Yədulla oğlu 1962-ci ilin fevral ayının 20 -də Lerik rayonun Qələbin kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. O,rayondakı internat məktəbində orta təhsil almışdır.
1980-1982-ci illərdə Sovet Ordusunun Xabarovsk şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1983-1988-ci illərdə Xabarovski Politexnik İnstitutunda ali təhsil alaraq avtonəqliyyatın istismarı ixtisasına yiyələnmişdir.Bir müddət həmin şəhərdə işləmişdir. Sonra Azərbaycan Respubilkasına qayıdaraq uzun illər Yerli Sənaye Nazirliyinin Nəqliyyat Kontorunda çalışmışdır.
Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Ədalət mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilmişdir. 1992-ci ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin Daxili Qonşunların sıralarında zabit olaraq hərbi xidmətə başlamışdır. Mütəxəssis zabit kimi o çətin günlərdə Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirmişdir.
DİN-in Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Ədalət Qasımov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Polkovnik- leytenant Qasımov Ədalət Yadula oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox hərbi qulluqçular üçün şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində (cəzaçəkmə müəsələrində) kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissəyə və avtomobil zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli müvafiq sərəncamı ilə Ədalət Yadulla oğlu Qasımov "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə rəisinin və hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley nişanı ilə təltif olunmuş,bir çox fərmanlarla, diplomlara, qiymətli hədiyyələrlə mükafatlandırılmış, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə" 2 -ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Hal- hazırda haqq dünyasında olan, polkovnik- leytenant Qasımov Ədalət Yadulla oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvər və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder