Pedaqoji işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərində dəyişiklik edilib – QƏRAR



"Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişiklik edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərara əsasən, “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilib.

Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Hiç yorum yok:

Yorum Gönder

Pages