"54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb" - Kəmaləddin Heydərov



Xüsusi riskli xilasetmə qrupları 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1095 nəfər zərərçəkmişi xilas edib.

Bakmiltv.info xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.

Nazir bildirib ki, həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.

"Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb", - deyə K.Heydərov qeyd edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages