Nazir müşaviri təyin olunan sabiq deputat kimdir? - Dosye



Xəbər verdiyimiz kimi, sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

J.Əhmədova 1981-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. «Wing Chun» Döyüş Sənəti Federasiyasının təsisçisi və birinci vitse-prezidenti olub. Hazırda Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidentidir.

2007-ci ildən «Alyans Hüquq Konsaltinq» MMC-də hüquq məsləhətçisi, 2008-ci ildən «Texnikabank» ASC-də mütəxəssis, baş mütəxəssis, şöbə müdirinin müavini işləyib. 2010–2014-cü illərdə Bakı Apellyasiya Məhkəməsində mütəxəssis-inspektor, aparıcı məsləhətçi, məhkəmə iclas katibi, sədrin köməkçisi-aparıcı məsləhətçi, 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində şöbə müdirinin müavini olub. 2016–2020-ci illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Kadrlar şöbəsində zabit, baş zabit-hüquqşünas vəzifələrində çalışıb.

J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub.

Evlidir, 2 övladı var.


Hiç yorum yok:

Yorum Gönder

Pages