"Dövlətimizin müstəqilliyi və tərəqqisi yolunda misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik".
Bakmiltv.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibəti ilə öz "X" hesabında paylaşıb.
O bildirib ki, ulu öndərin Azərbaycana sonsuz sevgisi, dövlətçilik tariximizdə müstəsna xidmətləri və mütərəqqi ideyaları hər birimiz üçün mühüm örnəkdir.
Hiç yorum yok:
Yorum Gönder