1995-2008 -ci illərdə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunları da müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi,xeyirxahlığı,iradi, səmərəli
fəaliyyəti, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 13 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş mayor Hüseynov Xalid Səftər oğlunun 14 dekabr vəfat etdiyi gündür.
Qeyd edək ki,Xalid Hüseynov 2010-cu ilin dekabr ayın 14 -də Bakı şəhərinin Qaradağ rayonun Müşviq qəsəbəsində vəfat edib, 15 dekabr Hacqabil rayonunun Muğan qəsəbəsində torpağa tapşırılıb .
Xeyirxah, vətənpərvər və torpağına bağıı gözəl insan mayor Hüseynov Xalid Səftər oğlu 1957 -ci ilin iyun ayının 13-də Şamaxı rayonunun Cəyirli kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Xalid Hüseynov 1975- cü ildə Şamaxı rayonun Cəyirli kənd orta məktəbi, 1980 - ci ildə Azərbaycan Poltexnik İnstitunu və zabit heyətinin ilkin hazırlığı kursnu,2000- ci ildə isə Daxili Qoşunların təlim -tədris mərkəzində zabit heyətinin ixtisas artırma kursunu bitrmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiku toplanışlarda, hərbi və xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir..
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan Hüseynov Xalid Səftər oğlu Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində rəhbər vəzifələrdə xidmət etdərkən bi çox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Hüseynov Xalid Səftər oğlu 1975-1994- cü illərdə Azərbaycan Poltexnik İnustutunda,Azərbaycan Dövlət Universitetində,Bakı “Soyuz İttifaqı” EHM regional istehsalat birliyində, Əlibayramlı sanayası avtomatikası və texnikası zavodunda, Əlibayramlı (indiki Şurvan) Araz zavodunda labarant,növbətci labarant,laborotoriya rəisi,mühəndis və baş texnik vəzifələrində işləmişdir.
1995-2008-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hacıqabul,Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalda) taqım komandiri, bölük komandirin tərbiyəvi işləri üzrə müavini, tabor komandirinin tərbiyəvi işləri üzrə müavuni, tərbiyə bölməsinin rəisi-baş təlimatçı, hərbi hissə komandirinin (hərbi hospital rəisini) tərbiyəvi işləri üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.”Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin b) bəndinə əsasəsən yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə Daxili Qoşunlardan ehtiyata buraxılmışdır.
Xalid Səftər oğlu Hüseynov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi ücün nümunə olmuşdur.
Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında, zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində Xalid Hüseynov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları Xalid Hüseynovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Öz xidmət vəzifələrini və hərbi hissə (hərbi hospital) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edlmiş, bir çox fərmanlarla,diplomlarla,qiymətli hədiyyələrlə mükafatlandırlmış, təşəkkür elan edilmiş və aşağıdakı medallarla təltif edilmişdir:
1."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
2."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
MAYOR XALİD HÜSEYNOVA ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN!
QƏBRİ NURLA DOLSUN!!!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder