Daxili İşlər Orqanlarının və Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olmuş, alicənablığı, peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi,sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, idarəçilik qabiliyyəti,
təvazökarlığı, xeyirxahlığı, işgüzarlığı, iradı və mənəvi- keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 15- ildən çox şərəfli xidmət yolunu Daxili işlər orqanlarda və Daxili Qoşunlarda kecirmiş, 2- ci qurup müharibə əlilli - istefada olmuş mayor Məmmadzadə İlham Faiq oğlu əgər yaşasaydı dekabr ayının 1- də 60 yaşı olacaqdı. Təəssuflar olsun ki, İlham Məmmədzadə uzun sürən onkoloji xəstəlikdən sentyabr ayının 23- də Bakı şəhərində vəfat etdi.
Qeyd edək ki, zəngin iş təcrübəsi və peşəkarlığı ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirmiş 2 -ci qurup müharibə əlilli İlham Məmmədzadə Faiq oğlu 1964-ci ilin dekabr ayının 1-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq yaradan, Azərbaycan Respublikasınln Silahlı Qüvvələrində- istefada olmuş mayor İlham Məmmədzadə 1982 ci ildə Bakı şəhəirndə orta məktəbi, 1987 -ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Yanğın Texniki Ali Məktəbi bitirmişdir.
İlham Məmmədzadə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə, komanda -qərargah məşqlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
İşgüzar,çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli İlham Məmmədzadə 1987-1992 -ci illərdə Daxili İşlər Nazirliyinin Bakı Yanğın-Texniki və A.Heydərov Adına Siravi Və Kicik Rəis Heyəti Hazırlayan Məktəblərdə müəllim və baş müəllim,1992-1997-ci illərdə isə Din-in Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə və Xəzər rayonlarında yerləşən hərbi hissələrində tabor komandiri, hərbi hissə komandirinin müavini- Qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.Mayor İlham Məmmədzadə Daxili Qoşunlardan Sillahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra özəl müəssələrdə çalışmışdır.
İlham Məmmədzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqları layıqınca yerinə yetirərkən ağır yaralanmışdır.
İctimai işlərdə fədakarlıq göstərən,dostlarna, yaxınlarına, qonşularına və həmkarlarına isti münasibətdə olan İlham Məmmədzadə Din-in Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlar və bir çox hərbi qulluqçular üçün şəxsi nümunə olmuşdur.
Yorulmaz,xeyirxah insan, əsl vətəndaş mövqeyi ilə seçilən Mayor Məmmədzadə İlham Faiq oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə, dost- tanış, qohum- əqrəba,qonşu, döyüşcu yoldaşları arasında özünə layiq hörmət qazanmışdır
Qanunvericilikilə müəyyən edilmiş qaydada DİN- in Dövlət Yanğından Mühafizə İdarəsinə və Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, hərbi şəhərciklərin,hərbi təchizat anbarların və mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifə borclarının icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onun müavinlərini, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Xarkov yanğından mühafizə məktəb rəisinin, Daxill Qoşunların Baş İdarəsinin döyuş hazırlığı idarə rəisinin, DİN-in Dövlət Yanğından Mühafizə İdarə rəisinin, DİN-in Bakı Yanğın -Texniki məktəb və A.Heydadov adına Tədris mərkəzi
rəislərinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmişdir,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırılmış və ona təşəkkür elan olunmuşdur.
Heyif ki, biz 2024-cü illn sentyabr ayının 23 -də İlham Məmmədzadəni itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder