Mayor Dünyamin Abdullayevin 2 yanvar vəfat etdiyi gündür.




  Daxili İşlər Nazirliyi ( DİN-in)Daxili Qoşunlarının hərbi  hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş mayor Abdullayev Dünyamin  Hacıbala oğlunun yanvar ayının 2-də vəfatından  3 il ötür.

 

   Qeyd edək ki, mayor Abdullayev Dünyamin Hacıbala oğlu  1976-cı illin sentyabr ayının 2-də  Qax rayonunun Lələli kəndində zəhmətkeş bir  ailədə  anadan olmuşdur . 2022-ci ilin yanvar ayının 2 -də  yol-qəzasında vəfat etmişdir.

  

Dünyanın Abdullayev  1993 -cü ildə  Qax rayonunun Lələli kənd orta məktəbini,1997-ci ildə Baki Alı Birləşmiş komandirlər məktəbini və Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən  təlim-tədris mərkəzində zabit heyətinin ixtisas artırma kursunu bitrmişdir. Hərbi təcürbə  əldə etmək  məqsədi ilə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərində və hərbi hissələrində işgüzar səfərdə olmuşdur.


Dünyanın Abdullayev DİN -in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim-metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.   

   

1997-ci ildən-  2006- ci ilin dekabr ayının  30-na  kimi  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Zaqatala rayonunda və Lənkəran şəhərində yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor qərargahnin rəisi,alayın kəşfiyyat xidmətinin rəisi və tabor komandiri vəzifələrində xidmət etmişdir. "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin  156- cı maddəsinin  V-bəndinə  əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinindən ehtiyata buraxılmışdır

   

 Mayor Dünyamin Abdullayev

peşəkarlığı, humanistliyi,

dəqiqliyi,sadəliyi, işgüzarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün  13 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə  kecirərək, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

    

Dünyamin Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına, və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün daimi nümunə olmuşdur.

     

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, Azərbaycan Respublikasında mühüm dövlət obyektlərin,kommunikasiya qurğuların,xüsusi yüklərin,inzibatı binaların və hərbi təchizat  anbarların mühafizəsində, şəhərdə,yaşayış  məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində post-patrul xidməti vasitəsi ilə ictimai asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, terrorculuğa  və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz birləşdirilmiş dəstələrin axtarılmasında, tutulmasında və  zərərsizləşdirilməsində, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət   və komendant  saatı  zamanı hüquqi rejimin təmin edilməsində  mayor  Dünyamin Abdulayevin üzərinə düşən vəzifə  və tapşırıqları məsuliyyətlə və  şərəf hissi ilə yerınə yetirmişdir.

    

D.Abdullayev Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuları, çavuş və əsgərləri ilə komandir,döyüş və ictimai sıyası hazırlığı  üzrə məşğələlərin və məşqlərin,xüsusi- taktiki   və nümunəvi - göstərici təlimlərin keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    

 mayor  Abdullayev Dünyamin Hacıbala oğlu xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissənin komandirinin müvafıq əmrləri ilə bir sira medallarla, əla xidmətlərə görə əlaçı,  yubley və idman dərəcəsi  döş nisanları ilə təltif edilmiş, bir çox fərmanlarla  (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.


Heyif  ki, biz  2002- cı ilin yanvar ayının 2-də  Dünyamın  Abdullayevi yol qəzası baş verməsi nəticəsində 45 yaşında itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.


ALLAH DÜNYAMİNƏ  

 RƏHMƏT ELƏSİN!


 QƏBRİ  NURLA DOLSUN! AMİN.

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages