1982 - 2000-ci illərdə Sovet Ordusunda, SSRİ Daxili işlər oranlarında, Azərbaycan Respublikasının İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, sadəliyi, iradl, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, istefada olan kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlunun dekabr ayının 12-də 60 yaşı tamam olub.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan -istefada olan kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Həsrət qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, vətənpərvər və torpağına bağlı insan kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlu 1964-cı illin dekabr ayının 12-də Qazax rayonun birinci Şıxlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, kapitan Həsrət Nağdəliyev 1982-ci ildə Qazax rayonun birinci Şıxlı kənd orta məktəbi, 1986-ci ildə isə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini bitrib.
Həsrət Nağdəliyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan, Həsrət Nağdəliyev 1986-1994- cü illərdə Sovet Ordusunda və Daxili İşlər Orqanlarında taqım komandiri, bölük komandiri,sahə rəisi vəzifələrində calışmışdır.
1994-2000-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Yevlax və Qazax rayonlarında yerləşən hərbi hissələrində və ayrıca yerləşən bölmələrdə bölük komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Həsrət Nağdəliyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları Həsrət Nağdəliyevi vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi nişanları ilə təltif edlib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə.
2."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN HƏSRƏT!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder