İsmət Əzizov Yardımlı rayonunda yaşayır və işləyir. Övladlarından biri ali təhsillidir və Azərbaycan Ordusu sıralarında xidmət edir. İsmət müəllim ara-sıra şeirlər yazır. Onun beyninin məhsulu olan bir şeiri Sizə təqdim edirəm.
Uğur olsun, dəyərli İsmət müəllim!
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Bakı şəhəri, 15.XII.2024.
Arzusundayam
Baharım gedibdir, yayım gedibdir,
Payızın dumanlı havasındayam.
O qədər sıxıbdir dövr - zəmanə,
Həyatda yaşamaq arzusundayam...
Gahdan tufan olur, donur hər tərəf,
Gahdan günəş saçır, yanır hər tərəf,
Gedirəm həyatın sonuna tərəf,
Bilmirəm neçənci sırasındayam...
Etdiyim yaxşılıq gəlir özümə,
Çox vaxt inanmıram özüm-özümə,
Bəzən inanmıram mən öz sözümə
Bilmirəm dünyanın harasındayam...
Nə bəxtdə günah var, nədə taledə,
Həyatdı yaşadım mən də beləcə,
Cavabsız suallar verdim özümə,
Axtarıb tapmağın arzusundayam .
Hiç yorum yok:
Yorum Gönder