Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib
“Bakmiltv.info” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 18 nörmətli tam orta məktəbin akt zalında baş tutub.
Tədbirdə, həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
RİH başçısı Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
Yasamal rayonunun sakinləri küçələrin abadlaşdırılması, qəzalı durumda olan tarixi və memarlıq binalarının təmiri və bərpası, küçələrin işıqlandırılması, mənzillərin istilik sistemi ilə təchizatı, qonşular arasında mübahisələrin həlli, istismar müddəti bitmiş və qəzalı yaşayış evlərinin söküntüsü, qurumuş və ətrafa təhlükə yaradan ağacların budanması, Sovetski sakinlərinə kompensasiya və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.
Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. RİH başçısı bəzi kommunal xidmət rəhbərlərindən ərazidəki probemlərin həllində çevik və operativ iş görüməyi tələb edib.
İcra başçısı həmçinin tikinti şirkətləri tərəfindən mənafeyinə ziyan vurulan vətəndaşların hüquqlarını müdafiə edəcəklərini də vuğulayıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaş məmnuluğunun təmin edilməsinin əsas prioritet olduğunu qeyd edib.
Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Hiç yorum yok:
Yorum Gönder