Azərbaycan Ordusunun sabiq bölük komandiri, məlahətli səsilə könülləri oxşayan Həsənqulu Qaçay oğlu Qasımovun şəhid olduğu gündür. H.Qasımov 1969-cu il iyun ayının 9-da Qubadlı rayonunun Qayalı kəndində doğulub. Həqiqi hərbi xidmətini keçmiş Sovet Ordusu sıralarında, Almaniyada çəkib. Subay idi. H.Qasımov əsasən Sumqayıtda yaşayır, el şənliklərində müğənni kimi iştirak edirdi. O, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından sonra kapitan Adil Həşimovun rəhbərlik etdiyi Tabora üzv yazılıb. Şuşa, Laçın və Qubadlı bölgələrinin müdafiəsində Bölük komandiri olaraq iştirak edib. O, 1992-ci il dekabrın 10-da Qubadlı rayonunun Yuxarı Cibikli kəndində düşmənlə üzbəüz döyüş zamanı şəhid olub. Qayalı kənd qəbristanlığında dəfn olunub. Subay idi.
Həsənqulunun kiçik qardaşı, Polkovnik-leytenant Faiq Qasımov isə II Vətən savaşında şəhid olub.F.Qasımov Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Faiq ailəli idi, 3 övladı yadigar qalıb. Ruhları şad olsun. Amin.
Şəkildə: Həsənqulu Qasımov və mən-Şamil Sabiroğlu.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı şəhəri,
Hiç yorum yok:
Yorum Gönder