Azərbaycan Respublikasının müharibə veteranı-ehtiyatda olan polis polkovniki İlham Babayev
Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən və Rusiya səmasında hücuma məruz qalaraq zədələnən AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasını xalqımız böyük qəzəb, məyusluq və kədərlə qarşıladı. Hadisə həm də bir çox şübhələrə səbəb oldu, çoxsaylı suallar doğurdu. Müxtəlif versiyalar irəli sürüldü, sosial media geniş müzakirə platformasına çevrildi. Amma hiss olunurdu ki hamının gözü, qulağı səbirsizliklə dövlətin mövqeyində idi - hamı Prezidentin atacağı addımı, deyəcəyi sözü, göstərəcəyi münasibəti gözləyirdi. Prezident ilk münasibətini əslində, elə hadisə yerində, səmada baş verən faciəyə səmada da münasibət bildirdi. Rusiya səfərini hələ mənzil başına çathaçatda səmada ikən təyyarəni geri dönməsi barədə qərar verməklə Bakıya qayıdan dövlət başçısının hava limanında hökumət üzvləri ilə operativ müşavirə keçirərək dərhal hadisələrin obyektiv araşdırılması barədə göstəriş verməsi Prezidentin qətiyyətinin nümunəsi idi. Azərbaycanın öz haqqını qorumasının qarşılığında Rusiya prezidentinin Azərbaycandan üzr istəməsi əslində dövlətimizin gücünün, nüfuzunun göstəricisi oldu.
Bu gün faciədə həyatını itirənlərlə vida mərasimində Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələləri cəsarətlə açıqlaması hadisənin bir çox məqamlarına aydınlıq gətirdi, həmişə olduğu kimi milli mənafelərimizi qorumaq əzmini bir daha sübut etdi.
Prezident müsahibəsində qəza zamanı təyyarə ekipajının fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirib: “Təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var.”
Pilotların və ekipaj üzvlərinin göstərdikləri qəhrəmanlıq, fədakarlıq nəticəsində əsl həqiqət ört-basdır olmaqdan xilas edilib ki, bu da qəzanın əsl səbəbinin aşkar edilməsi,- dövlətin ədalətli mövqe sərgiləməsi üçün əsasların müəyyən edilməsinə səbəb olub. Uçuş heyətinin yüksək dövlət mükafatları ilə təltif edilməsi onların həyatları bahasına vəzifələrinin icrasına verilən yüksək qiymətdir. Bu faciə, müdhiş qəza əlamət dar hadisələrdə olduğu qədər taleyimizin sınaq anında da bir yerdə olduğumuzu - Milli Həmrəyliyimizi göstərməklə yanaşı, həm də bu hadisə ilə bağlı bütün addımların dünya mediasının əsas xəbər başlıqları sırasında yer tutması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir.
Hiç yorum yok:
Yorum Gönder