Daşınar əmlakın yüklülüyü haqqında" Qanuna dəyişiklik edildi



Prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Oxu.Az President.az-a istinadən bildirir ki, fərmanla "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilir:

- 5.1.5-ci yarımbəndə "təsviri" sözündən sonra ", habelə bildirişi daxil edən şəxs tərəfindən müəyyən edildikdə daşınar əmlakın seriya nömrəsi" sözləri əlavə edilir;

- 11.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 11.1.6-cı yarımbənd əlavə edilir:

"11.1.6. yüklülük predmeti olan daşınar əmlakın seriya nömrəsi (olduqda)".

Nazirlər Kabinetinə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 

Hiç yorum yok:

Yorum Gönder

Pages