Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır


Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

Bakmiltv.info xatırladır ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb.

Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə dövlət başçısının 2009-cu il 10 noyabr tarixli sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Prezidentin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə ulu öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Respublikamızda müdafiə sənayesi sahəsi də uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb.

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində MSN-də 19 il ərzində mühüm uğurlar əldə olunub. Ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ordunun silah-sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində dövlət başçısının müvafiq sərəncamı ilə yaradılan nazirlik layiqli yerini tutmaqdadır.

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, Azərbaycanda "ADEX" adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib.

Bu il sentyabrın 24-də Bakı Ekspo Mərkəzində "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib. Bu il ADEX-də dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edib.

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti sərgidə fəal iştirak edib. "Azərsilah"ın daha bir pavilyonu sərginin 3-cü zalında fəaliyyət göstərib. Burada ziyarətçilərə müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, kiçikçaplı patronlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages