Bələdiyyə seçkisində namizədlər qeydiyyat üçün sənədlərini DSK-ya nə zaman təqdim edəcəklər?



Gələn həftə bələdiyyə seçkisi ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Bakmiltv.info "Report"-a istinadən xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.

Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18:00-dək nəzərdə tutulub.

Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkisi 2025-ci il yanvarın 29-na təyin edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages