Bakıda Yeni ilin gəlişinin xəbərçilərindən biri olan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası keçiriləcək.
Oxu.Az xəbər verir ki, artıq Fəvvarələr meydanında yarmarkaya hazırlıq işləri başlanıb.
Yarmarka 15 dekabr 2024-ci il tarixindən 15 yanvar 2025-cü il tarixinədək baş tutacaq.
Xatırladaq ki, "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təşkilatçısı "Nargis" Fondudur.
Fond 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib. 2013-cü ildən etibarən fond tərəfindən hər il Yeni il bayramı ərəfəsində "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası təşkil olunur.
Yarmarkanın hazırlıq prosesindən fotoları təqdim edirik:
Hiç yorum yok:
Yorum Gönder