Bakı Reabilitasiya Mərkəzində Həyata sevgi ilə baxaq” adlı tədbir keçirilib





Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Agentliyinin Bakı Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş "Həyata sevgi ilə baxaq” adlı tədbir keçirilib. 


Tədbirdə Bakı Reabilitasiya Mərkəzinin kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi  məsələlər üzrə müavini, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri, Azərbaycan Respublikasının müharibə veteranı Ramiz  Ağayev, şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak ediblər.


Tədbirdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhları birdəqiqəlik sükutla yad edilib.


Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə reabilitasiya xidmətləri göstərilir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin  hüquqi məsələlər üzrə müavini, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev tədbir iştirakçılarını salamlayaraq, tədbirdə iştirak edənlərə Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbriklərini çatdırıb. Salman Musayev dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqətdən, verdiyi hər cür dəstəkdən, bu istiqamətdə  həyata keçirilən işlərdən danışıb. Bildirib ki, əlilliyi olan şəxslərə, xüsusən uşaqlara qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur.


Daha sonra İctimai Birlik tərəfindən Bakı Reabilitasiya Mərkəzinə müharibə veteranlarına göstərdikləri xidmətə görə fəxri diplomlar təqdim edilib. 


Tədbir əlilliyi olan şəxslərin ifasında konsert proqramı ilə davam edib. Sonda əlilliyi olan şəxslər arasında intellektual yarış keçirilib və qaliblər mükafatlandırılıb.






Hiç yorum yok:

Yorum Gönder

Pages