Bakı məktəblisi beynəlxalq yarışda 1-ci yeri tutdu



Bakının Nizami rayonu 129 nömrəli məktəb 10-cu sinif şagirdi Şükürlü Röyal Vüqar oğlu İtaliyanın paytaxtı Roma şəhərində "Fibonacci" Beynəlxalq robot yarışında 1-ci yerə layiq görülüb. 


Bakmiltv.info xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 15 yaşlı R.Şükürlü uşaqlıqdan leqo modellərinin yığılmasına böyük maraq göstərib. Bundan əvvəl də o, Azərbaycanda, istərsə də ölkə xaricində təşkil edilən robot yarışlarında yüksək nailiyyət əldə etdi. Rumıniyanın Buxarest şəhərində və 20 ölkənin “İnfomatrix WorLd Final” çempionatında “Mini Sumo” kateqoriyasında 1-ci yerə layiq görülüb platinium (first of the first) medalı ilə təltif edilib.  

Eyni zamanda Rumıniya və 25 ölkənin qatıldığı “Robochallenge 2024” Dünya Çempionatının “Mini Sumo kids” kateqoriyası üzrə 174 komanda və 964 robot arasında 3-cü yerə layiq görülüb.  

 



Hiç yorum yok:

Yorum Gönder

Pages