Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı - Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.
Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.
Döyüşlərdə iştirakı - 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar. Milis nəfəri Arzu Əliyev başından aldığı snayper gülləsindən yerindəcə Şəhid olur. Erməni döyüşçülərlə ölüm-dirim savaşına atılan Mikayıl Cəbrayılov çiynindən güllə yarası almasına baxmayaraq o təslim olmur son anadək vuruşaraq 1990-il 15 dekabrda döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edərkən qəhrəmancasına döyüş meydanında Şəhid olur. Ailəli idi, dörd övladı var.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və Bakmiltv.info
Hiç yorum yok:
Yorum Gönder