Azərbaycanda yağıntılı hava şəraiti davam edir, bəzi bölgələrdə sulu qar, qar yağır.
BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağ və Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub.
*** 12:41
Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, səhər saatlarında müşahidə olunan güclü şimal-qərb küləyi bəzi ərazilərdə tədricən zəifləyib. Bakıda və Abşeron yarımadasında küləyin sütəti 20 m/s, Naftalan və Mingəçevirdə 26 m/s, Gəncədə 20 m/s, Daşkəsən, Ağdam, Şəmkirdə 18 m/s-dir.
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada sulu qar, qar yağır, bəzi yerlərdə intensiv xarakterlidir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, Qarabağ və Şərqi-Zəngəzurda 2°-dək şaxta, dağlıq rayonlarda 9-14° şaxta, Aran rayonlarında 5°-dək isti təşkil edir.
*** 09:37
Saat 9:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib.
Hiç yorum yok:
Yorum Gönder