Azərbaycanda polis general-mayoru Novruz Novruzov təqaüdə göndərilib.
Bakmiltv.info-nin əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, polis general-mayoru N.Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.
Hiç yorum yok:
Yorum Gönder