Əhmədov Çingiz Əli-Əşrəf oğlu 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. «Boşanaq, evlənərik», «Bəbirlinin kələkləri», «Qızıl toy», «Sevgilimin anası», «Məşədi İbad», «Qız görüşə tələsir» tamaşalarında çıxış etmişdir. 1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunub. Gənclər Teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülmüşdür. Bundan başqa «Arvadımın əri özüməm», «Toy kimindir?», «Valeh, kəndinə qayıt», «Hamlet», «Ox və hədəf»,«Aldanmış kəvakib» və s. tamaşalarda da iştirak etmişdir. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına dəvət olunub. Bu illər ərzində S. Fərəcov, R.N. Güntəkin «Bir günlük siğə»əa Helmi, V. Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Əli Əyrizadə, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Qeybulla, S. Ələsgərov, İsi Məlikzadə "Kələkbazlar”da Mayıl, R. Mirişli M. Haqverdiyev "Qısqanc ürəklər”də Əjdər, N.V. Qoqol "Evlənmə”də Kaçkaryov, E. Sabitoğlu, C. Məmmədov www.ferzeli-kef.comda otel şefi kimi koloritli, duzlu obrazlar yaratmışdır. 2012-ci ildə Əməkdar artist fəxri adına laiq görülmüşdür. 2011-ci ildən Prezident mükafatçısıdır.
Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyoru Çingiz Əhmәdov un ad günüdür.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder