Azərbaycan məscidlərində təyyarə qəzasının qurbanları anıldı



Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən İçərişəhər Cümə məscidində də anılıb.

Bakmiltv.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli bildirib ki, Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıdıb:

"İçərişəhər Cümə məscidi dini icması olaraq QMİ-i sədrinin göstərişinə əsasən təyyarə qəzasında həlak olanların ruhlarına Qurani-Kərimdən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik. Uca Allah xalqımızı bütün bəlalardan qorusun!"

Hiç yorum yok:

Yorum Gönder

Pages