Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudovanın ad günüdür




Fatma Mahmudova  Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olub. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryəm, "Solğun Çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirib. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilib. 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F. Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilib. O, "On min dollarlıq keyf" tamaşasında Bağdagül, "Hərənin öz ulduzu"nda Xurma, "Bankir adaxlı"da ağıçı Gülbikə, "Birgünlük siğə"də Adilə Dudu, "Adamın adamı"nda At Balaxanım, "Məsmə xala dayımdır" əsərində Əsmər, "Şeytanın yubileyi"ndə Məryəm və s. rolların öhdəsindən bacarıqla gəlib. F. Mahmudova 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Hiç yorum yok:

Yorum Gönder

Pages