Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau yaxınlığında baş vermiş faciəvi qəzada həlak olanların ailəsinə başsağlı verib. Başsağlığı mətnində deyilir:
«Hörmətli həmvətənlər,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau yaxınlığında baş vermiş faciəvi qəzaya görə həlak olanların ailəsinə başsağlığı veririk.
Bu ağır hadisə zamanı həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalması üçün dua edirik və onların sağlığı üçün bütün lazımi tədbirlərin görüləcəyinə əminik.
Allah rəhmət etsin!»
Hiç yorum yok:
Yorum Gönder