AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini, "Azərbaycan bayrağı" ordenli, polkovnik Elmar Hüseynovun təşkilatçılığı ilə Goranboy rayonunda Şəhidlərə həsr edilmiş Anım mərasimi keçirildi. Tədbirdə AVMVİB-nin Gəncə şəhər şöbəsinin sədri kapitan Bəyanət Qasımov, Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, Göy-göl rayon şöbəsinin sədri Həbib Hüseynov, Dəliməmmədili, Todan, Erkəc, Mənəşli kəndlərinin müharibə veteranları və əlilləri, yerli İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitaliy Kovalyov, qızı Regina Kovalyova, kürəkəni, müharibə əlili Denis Quzlayev iştirak etdilər. Tədbir iştirakçıları Dəliməmmədli şəhərində, Todan kəndində Şəhid abidələrini ziyarət etdilər. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı, onların ruhuna dualar oxundu. Müharibə veteranları Şəhidlər haqqında öz xatirələrini danışdılar. Abidələrin önündə xatirə fotosu çəkildi.
Fərid Səfərov
AVMVİB Goranoy rayonunda Şəhidlərin Anım gününü təşkil etdi.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder