Ömür Malik oğlu Nağıyev Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1975-1979). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, Sankt-Peterburq Dövlət Teatrında (1980), Bakı Bələdiyyə Teatrında (1995-1997) aktyor, Azərbaycan televiziyasında rejissor kimi çalışıb. 2005-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici kinematoqrafçıların istehsalı olan “İkinci Dünya Müharibəsi necə başlanır” (1971, Polşa) filmində Kapitan W rolunda, “Qanq üzərində zühur” (1975, rejissor Latif Fayziyev, Tacikistan, Özbəkistan, Hindistan) filmində Nikxələs rolunda, “Çavus Qadban” (1976, Oman Ərəb Respublikası) filmində çavus Qadban rolunda çəkilib. Əməkdar artist Ömür Nağıyev 2013-cü ildə vəfat edib.
Rejissor, aktyor Ömür Nağıyev aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.
Filmoqrafiya:
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (tələbə)
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – aktyor (Fərəc)
Var olun, qızlar (1972, tammetrajlı bədii film) – aktyor (Rüstəm)
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (Rasim)
Evin kişisi (1978, tammetrajlı bədii film) – aktyor (Pənah)
Anın quruluşu (1980, tammetrajlı bədii film) – aktyor (Tofiq)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Bahadurun adamı)
Bağlı qapı (1981, tammetrajlı bədii film) – aktyor (Muradla vuruşan)
Əzablı yollar (1982, tammetrajlı bədii film) – aktyor
Gümüşü furqon (1982, tammetrajlı bədii film) – aktyor (Fərman)
Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – aktyor (Riyadın tanışı)
İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – aktyor
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Ömür)
Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – aktyor (Rauf)
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Kalış)
Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (Eldar)
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor (bolşevik)
İmtahan (1987, tammetrajlı bədii film) – aktyor (ofisiant)
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (brokonyer)
Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (Bağbanoğlu)
Bəxtəvər (1990, qısametrajlı bədii film) - rejissor
“Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (qəsəbə sakini)
Onun taleyi (1991, qısametrajlı sənədli film) – rejissor
Azərbaycanın dəniz qapısı (1992, qısametrajlı sənədli film) – rejissor
Nə gözəldir bu dünya... (1999, tammetrajlı bədii film) – aktyor (Səbinənin qardaşı)
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktyor (kisəçi)
Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (“Linkoln” Ramiz), filmi səsləndirən (Şükür Rzayev-Elxan Ağahüseynoğlu)
Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – aktyor (Amin)
Ərazi (2005, qısametrajlı bədii film) – aktyor
Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (Xocalı qaçqını Nağıyev)
Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (Topal)
Abşeron gizlinləri (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Kinli, xəsis, səfeh (2008, qısametrajlı bədii film) – aktyor
Cəsur təyyarə (2009, animasiya filmi) – filmi səsləndirən
Dünən qəfildən gəldi... (2009, qısametrajlı bədii film) – ikinci rejissor
İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor (Çingiz)
Kuklalar (II) (2010, tammetrajlı bədii film) – aktyor (Tomun atası)
Vəkil hanı? (2011, tammetrajlı bədii film) – aktyor (müstəntiq)
Sirr (2012-2013, bədii serial) – aktyor (Sabir)
Əfsanəvi musiqi (????, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Allah rəhmət eləsin
Hiç yorum yok:
Yorum Gönder