Aktyor Müxlis Cənizadənin anım günüdür




Müxlis Mirsabir oğlu Cənizadə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Dövlət Teatr İnstitutunda (Kazım Ziyanın kursu) təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub.
Bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi də tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. Xarici film istehsalçılarının “Namus uğrunda” (1956, rejissor Artaşes Ay-Artyan / Ermənistan) filmində, “Sonuncu düym” (1958, rejissor Teodor Vulfoviç, Nikita Kurixin) filmində mexanik rolunda çəkilib. Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə ağır xəstəlikdən vəfat edib.

Filmoqrafiya:
Fətəli xan (1947, tammetrajlı bədii film) – filmi səsləndirən
Bakının işıqları (1950, tammetrajlı bədii film) – aktyor (Qara)
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktyor (Kərim)
Görüş (1955, tammetrajlı bədii film) – aktyor (Ənvər)
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktyor (Sərvərin dostu)
Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – aktyor (sərnişin)
Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – aktyor (sürücü)
“Kazbek” qutusu (1958, qısametrajlı bədii film) – aktyor (“Kirpi” əməkdaşı)
Bir qalanın sirri (1959, tammetrajlı bədii film) – filmi səsləndirən (Elşən-Gündüz Abbasov)
Əsl dost (1959, tammetrajlı bədii film) – aktyor (Əsəd)
Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – aktyor (baş leytenant İbrahimov)
Səhər (1960, tammetrajlı bədii film) – aktyor (fəhlə), filmi səsləndirən (Rəşid-M.Hüseynov)
Bizim küçə (1961, tammetrajlı bədii film) – filmi səsləndirən (Rasim-Gündüz Abbasov)
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor (qul)
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – filmi səsləndirən (sürücü Əhməd-Elxan Qasımov)
Sehrli xalat (1964, tammetrajlı bədii film) – filmi səsləndirən (Əli müəllim-Lütfi Məmmədbəyov)
Ulduz (1964, tammetrajlı bədii film) – filmi səsləndirən (Bəxtiyar-Hacımurad Yagizarov)
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (Nəriman Tağıyev)
İstintaq davam edir (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (Çingizov-Kamal Xudaverdiyev)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – aktyor (qoçu)
Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – filmi səsləndirən (Murad-Tağıyev)
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Kipiani)
Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – aktyor (Ənvər müəllim)
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor (Mustafa)
Xatirələr sahili (1972, tammetrajlı bədii film) – filmi səsləndirən (prokuror-Ələddin Sultanov)

Allah rəhmət eləsin

Hiç yorum yok:

Yorum Gönder

Pages